Maarifləndirmə tədbirləri 22 min nəfəri əhatə edib.
Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir, təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə “Təhsil Tələbə Krediti Fondu” təsis edilib. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində 35 mindən çox tələbə təhsil kreditindən yararlanmışdır. Kreditlər birbaşa tələbələrin təhsil aldığı müəssisəsələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbə bu qayğıdan azad olmaqla, şəxsi inkişafı və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Dövlətimizin tələbələr üçün yaratdığı bu unikal imkandan daha çox şəxsin yararlanmasına nail olmaq və TTKF-nin əhatə dairəsini genişləndirmək üçün Fond tərəfindən mütəmadi təbliğat və təşviqat işləri aparılır. Bu işlərin davamı olaraq, cari ilin aprel-may aylarında ölkə üzrə 13 ali təhsil, 29 orta ixtisas, 27 peşə təhsili və 55 ümumi təhsil müəssisəsində tələbə və şagirdlərlə görüş keçirilmişdir.
Bakı şəhəri üzrə 56, Naxçıvan MR-da 15, Mərkəzi Aranda 15, Qazax-Tovuzda 10, Mil-Muğanda 8, Dağlıq Şirvanda 9, Quba-Xaçmazda 9, Lənkəran-Astarada 15, Şirvan-Salyanda 7, Qarabağda 9, Gəncə-Daşkəsəndə 12, Şəki-Zaqatalada 14, Abşeron-Xızıda 11 və Şərqi-Zəngəzurda 5 ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan tələbələr və ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib.
Ümumilikdə görüşlərdə 22 minə yaxın tələbə və şagird iştirak edib.
Bunlardan 12 min nəfəri regionların payına düşüb. Belə ki, 12 regionda keçirilən təqdimatlarda ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində təhsil alan müvafiq olaraq 1892, 2725, 1647 və 5844 nəfər iştirak edib. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində keçirilən təqdimatlarda isə 6521 şagird iştirak edib. Bu təqdimatlar 12 rayonda 56 ümumi təhsil müəssisəsini əhatə edib. Naxçıvan Muxtar Respublikasında 3 ali, 3 orta və 9 ümumi təhsil müəssisəsi olmaqla, 15 təqdimat baş tutub. Təqdimatlara 3025 nəfər qatılıb. Bunların 54%-i (1655 nəfər) ümumi, 17.1%-i (520 nəfər) orta ixtisas, 28%-i isə (850 nəfər) ali təhsil müəssisələrinin payına düşüb.
Bu görüşlər çərçivəsində Fondun əməkdaşları tərəfindən iştirakçılara TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Qeyd edək ki, 2023–2024-cü tədris ilinin yaz semestri üzrə TTK üçün müraciətlərin qəbulu davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.