146-5
Axtarış
146-5
  • 1. TTK nədir və kimlər müraciət edə bilər?
    Təhsil tələbə krediti (TTK) tələbələrin təhsil haqqını ödəyə bilmələri üçün onlara dövlət tərəfindən verilən uzunmüddətli və güzəştli kredit növüdür.

    Təhsil tələbə kreditinə Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsi, həmçinin peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində təhsil alan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

    TTK normativ təhsil müddətində (8 semestr) əyani və ödənişli əsaslarla təhsil alan vətəndaşlara verilir. TTK-ya müraciət zamanı əvvəlki semestrin nəticələri üzrə akademik borc (fənlər üzrə kəsir) olmamalıdır.
  • 2. TTK-nin hansı növləri vardır?
    Sosial (illik 2%) və Standart (illik 6%). *Təhsil göstəricilərinə əsasən güzəşt hüququ əldə etdikdə: 0% (faizsiz)
     https://e-ttkf.edu.az/Account/CreditCalculator
  • 3. Sosial TTK-dən kimlər istifadə edə bilər?
    1.Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
    2.Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;
    3.Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
    4.Ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
    5.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər; (təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsil aldıqları zaman)
    6.Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri:
    • orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;
    • işsiz kimi rəsmi qeydiyyatlı olanlar;
    • yaşa görə əmək pensiyası alanlar;
    • yaşa görə sosial müavinət alanlar;
    • ailə başçısını itirməyə görə pensiya alanlar;
    • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alanlar;
    • Bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkib, digər valideyni isə qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olanlar;

    Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestrdə (yarımil) hər hansı bir fənn (modul) üzrə tələbənin akademik borcu (fənlər üzrə kəsiri) olmamalıdır.
  • 4. Standart TTK hüququna malik olmaq üçün tələbə hansı şərtlərə cavab verməlidir?
    Sosial TTK almaq üçün müvafiq statuslara malik olmadığı təqdirdə, aşağıdakı hər iki şərti təmin edən tələbə standart TTK-dan yararlana bilər:

    • Birinci tədris ilinin ilk semestri üçün qəbul imtahanında toplanan balın təsdiq edilmiş minimum həddindən yuxarı bala (bax 5-ci suala), növbəti semestrlərdə isə ÜOMG-si 71 və yuxarı bala (texniki peşə təhsili səviyyəsi üçün aralıq qiymətləndirmə nəticəsi 4 və 5 qiymətə) malik olmalı;
    • İllik təhsil haqqının ən azı 20 faizini ödəməli.

    Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə tələbənin akademik borcu (fənlər üzrə kəsiri) olmamalıdır.
  • 5. Standart TTK almaq üçün birinci kursun ilk semestrində tələbədən tələb olunan minimal qəbul balı?
    • Bakalavriat səviyyəsi üçün DİM-in keçirdiyi imtahan üzrə 250 bal (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal);
    • SAT imtahanı üzrə 1200 bal;
    • Magistratura səviyyəsi üçün 50 bal; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 30 bal;
    • Subbakalavriat səviyyəsi üçün 110 bal; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 40 bal);
    • Texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası - 3 qiymət;
  • 6. Tələbə hər semestr üçün hansı məbləğdə TTK ala biləcək?
    Təhsil müəssisəsindəki həmin ixtisas üçün rəsmi qaydada təsdiq edilmiş illik təhsil haqqı məbləğinin bir semestr üçün olan miqdarında:

    Məsələn, tələbənin illik təhsil haqqı 2000 manatdırsa,

    Sosial TTK üzrə:
    -Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;
    -İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.
    Standart TTK üzrə:
    -Birinci semestr 600 (2000/2-2000*20%) manat kredit ayrılacaq;
    -İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;

    Təhsil krediti kalkulyatoru: https://e-ttkf.edu.az/account/CreditCalculator

    Qeyd: Semestr üzrə sosial TTK alan tələbənin özünün ödədiyi təhsil haqqı tam məbləğdə, standart TTK alan tələbənin isə illik təhsil haqqının 20 faizindən artıq olan hissəsi təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarıla və ya növbəti semestr üçün transfer edilə bilər. Bu hal təhsil müəssisəsinin daxili qaydaları ilə tənzimlənir.
  • 7. TTK hansı müddətə verilir?
    Bu müddət tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilən Qaydaya əsasən verilən güzəşt və möhlət (bax 9-10-cu suallara) dövrlərindən asılıdır.
    Məsələn: 
    Bakalavriat səviyyəsində: 14-22 il;
    Magistratura səviyyəsində: 12-18 il;
    Orta ixtisas və peşə təhsili pillələrində isə: 12-19 il ola bilər.
  • 8. Təhsil krediti üzrə geri qaytarma və faiz hesablanmayan dövrlər hansılardır?
    Əyani təhsil aldığı dövr, güzəşt dövrü və möhlət (bax 9-10-cu suallara) müddətləri.
  • 9. Tələbə TTK-nı məzun olduqdan dərhal sonra qaytarmalıdır?
    TTK-nin qaytarılması üçün tələbəyə məzun olduqdan sonra əmək fəaliyyəti ilə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 il vaxt verilir. Bu dövr güzəşt dövrü adlanır və həmin dövrdə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilməzsə, məzundan TTK-nin qaytarılması tələb olunmur və götürdüyü kreditə faizlər hesablanmır.
  • 10. Möhlət hansı hallarda və müddətə verilir?
    TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

    • yuxarı təhsil səviyyəsində əyani təhsil;
    • həqiqi hərbi xidmət dövrü;
    • məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
    • işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
    • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq müddəti.
  • 11. Təhsil kreditlərində hansı tələbələr üçün və nə kimi güzəştlər nəzərdə tutulub?
    Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır.

    Belə ki:
    • Sosial növdə ÜOMG-si 71 bal və yuxarı (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 4 və 5 olan) olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;
    • Standart növdə isə ÜOMG-si 91 bal və yuxarı (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5) olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;
    • Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nin isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.

    *Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir. 
  • 12. TTK verilən zaman Bank tərəfindən əlavə öhdəliklər tələb olunurmu, keçmiş kredit tarixçəsinə baxılırmı?
    TTK verilən zaman girov və zəmanət tələb olunmur, tələbənin əvvəlki kredit tarixçəsinə baxılmır.
  • 13. Məzun güzəşt dövründə əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, TTK öhdəlikləri aktivləşirmi?
    Bəli, məzunun güzəşt dövrü bitməmiş əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, onun kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.
  • 14. Borcalan hansı hallardan sığortalanır və TTK üzrə sığorta haqqı necə hesablanıb ödənir?
    Borcalan ölüm və əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından sığortalanır.
    Kreditin ümumi məbləğinə 2,5 faiz sığorta haqqı hesablanır və həmin məbləğ TTK məbləğinə əlavə olunaraq kredit məbləği ilə eyni müddətdə hissələrlə ödənilir. Bu hallardan hər hansı biri baş verərsə, alınmış kreditin geri ödənilməsi borcalandan tələb olunmur və həmin məbləğ sığortaçı tərəfindən ödənilir.
  • 15. Tələbələr TTK almaq üçün ilk olaraq nə etməlidirlər?
    Tələbə istənilən notariat ofisinə yaxınlaşaraq təhsil tələbə krediti müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqlarını (aidiyyəti qurumlarının informasiya sistemlərindən sorğu edərək məlumatlarının əldə edilməsinə dair) təsdiq etmək üçün müraciət etməlidir (yaşı 18-dən kiçik olduqda valideynləri və ya digər qanuni nümayəndələri ilə birlikdə).

    * Bu ərizə növbəti müraciətlər üçün də istifadə edilir.
  • 16. Tələbələr https://e-ttkf.edu.az/ portalında TTK sisteminə necə daxil ola bilərlər?
    Sistemə giriş notarial Ərizə nömrəsi və ASAN Login ilə mümkündür.

    • Əvvəl ərizə nömrəsi ilə elektron portaldan qeydiyyatdan keçmiş şəxslər şəxsi kabinetə ASAN Loginlə daxil ola bilərlər. ASAN Login üçün qeydiyyat linki:
    https://asanlogin.my.gov.az/auth/with-pin?origin=&openSignUp=9
  • 17. TTKF portalında tələbələrin müraciətləri hansı ardıcıllıqla emal edilir?
    Tələbə razılıq ərizəsini alıb portala daxil olduqdan sonra:

    1-ci addım: Tələbənin daxil etdiyi təhsil məlumatlarının təhsil müəssisəsi tərəfindən doğruluğu təsdiqlənir.
    2-ci addım: Sistem tələbənin və valideynlərinin şəxsiyyət vəsiqələrinin FİN kodları əsasında müvafiq bazalarda axtarış edərək, sosial statusların olmasını yoxlayır.
    3-cü addım: Yuxarıdakı emal nəticələri TTK şərtlərinə uyğun gəldiyi halda, tələbənin razılığı alınaraq müvəkkil banka məlumat ötürülür.(əks halda bax 18-ci suala)
    4-cü addım: Tələbə ilə müvəkkil bank arasında onlayn kredit rəsmiləşməsi baş tutur və təhsil haqqı təhsil müəssisəsinə köçürülür. https://asanlogin.my.gov.az/auth/with-pin?origin=&openSignUp=9
  • 18. TTK üçün müraciətin statusu və TTK-nin verilməsi ilə bağlı prosesləri necə izləmək olar?
    Tələbə müraciətin statusu və kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə SMS alır və portalda “müraciətin izlənməsi” bölməsində statuslarla ətraflı tanış ola bilir.
  • 19. Tələbə TTK ilə bağlı imtina aldıqda və ya hansısa sualı yarandıqda hara müraciət etməlidir?
    Tələbə elan dövrü ərzində imtina səbəbini aradan qaldırdıqdan sonra sistemə təkrar müraciət edə bilər.
    Əlaqə üçün isə https://e-ttkf.edu.az/ portalının əlaqə bölməsinə müraciət edə bilər.
  • 20. Bank tərəfindən TTK rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir?
    TTK rəsmiləşdirilməsi elektron formada, məsafədən həyata keçirilir.
    Kredit almaq hüququ olan tələbənin ilkin müraciət zamanı qeyd etdiyi mobil nömrəyə bank tərəfindən SMS vasitəsilə link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra birdəfəlik şifrəni (OTP) daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və müştəri eyniləşdirilir. Tələbə sistemdə müvafiq məlumatları təsdiq etdikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir.
    Video təlimat: https://www.youtube.com/watch?v=eLIssgGXg5I
  • 21. Əmək və ya sahibkarlıq fəaliyyətində gecikdirilən TTK ödənişləri necə tutulur?
    Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya digər gəlirlərindən Nazirlər Kabinetinin 24.07.2021-ci il 226 №-li Qərarı ilə müəyyən edilmiş qaydada tutulacaq.
  • 22. Dövlət büdcəsindən təhsil haqqı ödənilən tələbələrə TTK verilirmi?
    Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən (məcburi köçkün, şəhid ailəsi, əlil və s.) tələbələrin TTK almaq hüquqları yoxdur. Həmin tələblərə yalnız əlavə təhsil qaydasında təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsil aldıqları zaman TTK-dan istifadə edə bilərlər.
  • 23. TTK rəsmiləşəndə əlavə bank xərcləri (köçürmə, komissiya və s.) varmı?
    Təhsil tələbə krediti üzrə əlavə bank xərci və ya komissiya yoxdur.
  • Heç bir məlumat tapılmadı

0 / 2777