-
"Vətən mənə əmanət" layihəsi08.02.2023“PAŞA Holdingin” dəstəyi ilə GİD CSR Consulting MMC-nin həyata keçirdiyi “Vətən mənə əmanət” layihəsi çərçivəsində TTKF-nin idarə heyətinin sədri Araz Paşayev Vətən müharibəsi iştirakçılarının, qazi və şəhidlərin övladlarına “Karyera inkişafı” mövzusunda təlim keçib.
-
"İxtisasın sənin gələcəyindir" layihəsi16.07.2023Təhsil Tələbə Krediti Fondunun 16 iyul tarixində həyata keçirdiyi "İxtisasın sənin gələcəyindir" adlı seminarında abituriyentlərə gələcək peşə fəaliyyətin formalaşması üçün məsləhətlər verildi. Abituriyentlərin/valideynlərin sualları cavablandırıldı.
İxtisas seçimi necə edilir? Ixtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır? İxtisas seçimində edilən səhvlər nədir? Imtahandan 1 həftə əvvəl necə hazırlaşmalı və bu kimi digər mövzular ətrafında maraqlı müzakirələr aparıldı.
Seminarda çıxış edən spikerlər və mövzülar:
Bəhruz Əzimov – İnformasiya və Texnologiya sahəsi
Adil Vəliyev – İxtisas seçimi və karyera bələdçisi
Vüsət Əzizov - İxtisas seçimi və karyera bələdçisi -
Könüllülərin təltif olunma tədbiri14.12.20226 dekabr saat 15:00-da Təhsil Tələbə Krediti Fondunda könüllülərin sertifikatla təltif edilməsi tədbiri keçirildi. 28 sentyabr 2022 ci ildə başlayan Könüllü lahiyəsində 200-ə yaxın tələbə iştirak edib. Onlar tələbələrin və valideynlərin təhsil tələbə kreditləri haqqında məlumatlandırılması prosesində könüllü şəkildə iştirak ediblər. Programın sonunda bütün tələbələr Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev tərəfindən maarifləndirmə prosesində fəal iştirak etdiklərinə görə sertifikatlarla təltif ediliblər.
Tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edirik və onları daima özlərini inkişaf etdirmələrini tövsiyyə edirik. -
“TİPx 8: Uğurlu gələcək üçün” konfransı28.03.2023Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçirilib.
Tədris ilinin ikinci yarımilliyinin başlanması ilə əlaqədar keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və Baki Ali Neft Mektebinin rektoru Elmar Qasımov iştirak ediblər.
Gənclərə əmək bazarının tələbləri, müasir çağırışlarla bağlı məlumat verilib, tövsiyələr verilib. Konfrans sual-cavab sessiyası ilə başa çatıb. -
"Könüllu proqramı" layihəsi15.04.2023Təhsil Tələbə Krediti Fondu Könüllü proqramı layihəsini elan edir!
“Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Təhsil Tələbə Krediti Fondunda ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir.
Kimlər müraciət edə bilər?
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı; • Universitetin 3-cü və 4-cü kurs tələbələri və yaxud maqistr tələbələri; • MC Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; • Ünsiyyət bacarığı; • İntizamlılıq və tez öyrənmə bacarığı; • Komanda şəklində işləmə bacarığı.
Əlavə məlumatlar: • İş qrafiki: Yarımştat (yarım gün, dərsdən sonra) işləmək mümkündür • Könüllü proqramı layihəsi 2 ayadək nəzərdə tutulmuşdur.
Müraciət qaydası:
• CV-lər info@ttkf.az ünvanına göndərilməlidir; • “Mövzü” bölməsində “Könüllü Proqramı” qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
146-5 -
"Təhsilin əlçatanlığından əmək bazarına körpü"07.03.2023Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə dövlət və özəl şirkətlərin insan resursları üzrə mütəxəssislərinin və dövlət qurumlarının kadr sahəsində çalışan rəsmilərinin iştirakı ilə “təhsilin əlçatanlığından əmək bazarına körpü” adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçılarına əvvəlcə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə krediti Fondunun missiyası, məqsədləri və hədəfləri barədə ətraflı məlumat verilmişdir.
Təhsil tələbə kreditindən yararlanan tələbələrin uğurlu karyera planlamaları, onların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirmələri üçün təlimlərə cəlb olunmaları, o cümlədən tələbələr məzun olduqdan sonra əmək bazarında işlə təmin olunmalarına vasitəçilik etmək məqsədi ilə keçirilən tədbir, iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tədbir qabaqcıl təcrübələrin bölüşdürülməsi, müzakirələr və fikir mübadilələri paylaşılması ilə yekunlaşmışdır. -
"Karyera sərgisi"26.03.2023Bakı Dövlət Universitetinin əsas tədris binasında "Karyera sərgisi" keçirildi.
Sərgidə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Ağca Məmmədova və Fondun könüllüləri iştirak etdi. Fondun könüllüləri təhsil tələbə krediti ilə maraqlanan tələbələrə və müəllimlərə ətraflı məlumat verdi və onların suallarını cavablandırdı. Sərgi zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Təhsil Tələbə Krediti Fondu haqqında öz fikirlərini bildirdi və Fondun gələcək fəaliyyətində uğurlar arzu etdi. -
"Gənclərin Karyera günü"31.01.202331 yanvar tarixində UNEC-də Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Gənclər Fondunun 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə "Gənclərin Karyera günü" sərgisi keçirildi. Təhsil Tələbə Krediti Fondu da bu sərgidə iştirak etdi. Fondun əməkdaşları vətəndaşlara təhsil tələbə kreditləri ilə bağlı ətraflı məlumat verdi onların suallarını cavablandırdı.
-
"Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və gənclərə yaradılan imkanlar" mövzusunda keçirilmiş görüş14.03.202314 sentyabr 2022-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində (National Assembly of Youth Organizations of the Republic of Azerbaijan) gənclər təşkilarlarının nümayəndələrinin Təhsil Tələbə Krediti Fondu ilə görüşü keçirilib. Görüşdə İdarə Heyətinin sədr müavinləri və Fondun digər nümayəndələri, Elm və təhsil nazirliyinin struktur rəhbərləri, Gənclər və idman nazirliyinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, gənclər təşkilatlarında fəaliyyət göstərən gənclərin əksəriyyəti tələbələrdir. Onları maraqlandıran suallar və narahat edən məsələlər ətrafında "Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və gənclərə yaradılan imkanlar" mövzusunda keçirilmiş görüşün əsas məqsədi üzvlüyündə geniş tələbə kütləsinə malik olan gənclər təşkilatlarına Fondun fəaliyyəti ilə bağlı məlumatı təqdim etmək və bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olub. NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə keçirilən görüş NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi ilə öz işinə başlayıb. İlk olaraq Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini, mütamadi olaraq gənclər üçün ölkəmiz tərəfindən yeni fürsətlər yaradıldığını, təhsilin maddi-texniki bazası, infrastrukturunun yeniləndiyini qeyd edib. Daha sonra çıxışında Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb. Daha sonra görüş iştirakçılarının TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə ünvanladıqları suallar cavablandırılıb.
-
Heç bir məlumat tapılmadı
-
"Vətən mənə əmanət" layihəsi08.02.2023
“PAŞA Holdingin” dəstəyi ilə GİD CSR Consulting MMC-nin həyata keçirdiyi “Vətən mənə əmanət” layihəsi çərçivəsində TTKF-nin idarə heyətinin sədri Araz Paşayev Vətən müharibəsi iştirakçılarının, qazi və şəhidlərin övladlarına “Karyera inkişafı” mövzusunda təlim keçib.
-
"İxtisasın sənin gələcəyindir" layihəsi16.07.2023
Təhsil Tələbə Krediti Fondunun 16 iyul tarixində həyata keçirdiyi "İxtisasın sənin gələcəyindir" adlı seminarında abituriyentlərə gələcək peşə fəaliyyətin formalaşması üçün məsləhətlər verildi. Abituriyentlərin/valideynlərin sualları cavablandırıldı.
İxtisas seçimi necə edilir? Ixtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır? İxtisas seçimində edilən səhvlər nədir? Imtahandan 1 həftə əvvəl necə hazırlaşmalı və bu kimi digər mövzular ətrafında maraqlı müzakirələr aparıldı.
Seminarda çıxış edən spikerlər və mövzülar:
Bəhruz Əzimov – İnformasiya və Texnologiya sahəsi
Adil Vəliyev – İxtisas seçimi və karyera bələdçisi
Vüsət Əzizov - İxtisas seçimi və karyera bələdçisi -
Könüllülərin təltif olunma tədbiri14.12.2022
6 dekabr saat 15:00-da Təhsil Tələbə Krediti Fondunda könüllülərin sertifikatla təltif edilməsi tədbiri keçirildi. 28 sentyabr 2022 ci ildə başlayan Könüllü lahiyəsində 200-ə yaxın tələbə iştirak edib. Onlar tələbələrin və valideynlərin təhsil tələbə kreditləri haqqında məlumatlandırılması prosesində könüllü şəkildə iştirak ediblər. Programın sonunda bütün tələbələr Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev tərəfindən maarifləndirmə prosesində fəal iştirak etdiklərinə görə sertifikatlarla təltif ediliblər.
Tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edirik və onları daima özlərini inkişaf etdirmələrini tövsiyyə edirik. -
“TİPx 8: Uğurlu gələcək üçün” konfransı28.03.2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçirilib.
Tədris ilinin ikinci yarımilliyinin başlanması ilə əlaqədar keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və Baki Ali Neft Mektebinin rektoru Elmar Qasımov iştirak ediblər.
Gənclərə əmək bazarının tələbləri, müasir çağırışlarla bağlı məlumat verilib, tövsiyələr verilib. Konfrans sual-cavab sessiyası ilə başa çatıb. -
"Könüllu proqramı" layihəsi15.04.2023
Təhsil Tələbə Krediti Fondu Könüllü proqramı layihəsini elan edir!
“Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Təhsil Tələbə Krediti Fondunda ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir.
Kimlər müraciət edə bilər?
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı; • Universitetin 3-cü və 4-cü kurs tələbələri və yaxud maqistr tələbələri; • MC Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; • Ünsiyyət bacarığı; • İntizamlılıq və tez öyrənmə bacarığı; • Komanda şəklində işləmə bacarığı.
Əlavə məlumatlar: • İş qrafiki: Yarımştat (yarım gün, dərsdən sonra) işləmək mümkündür • Könüllü proqramı layihəsi 2 ayadək nəzərdə tutulmuşdur.
Müraciət qaydası:
• CV-lər info@ttkf.az ünvanına göndərilməlidir; • “Mövzü” bölməsində “Könüllü Proqramı” qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
146-5 -
"Təhsilin əlçatanlığından əmək bazarına körpü"07.03.2023
Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə dövlət və özəl şirkətlərin insan resursları üzrə mütəxəssislərinin və dövlət qurumlarının kadr sahəsində çalışan rəsmilərinin iştirakı ilə “təhsilin əlçatanlığından əmək bazarına körpü” adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçılarına əvvəlcə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə krediti Fondunun missiyası, məqsədləri və hədəfləri barədə ətraflı məlumat verilmişdir.
Təhsil tələbə kreditindən yararlanan tələbələrin uğurlu karyera planlamaları, onların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirmələri üçün təlimlərə cəlb olunmaları, o cümlədən tələbələr məzun olduqdan sonra əmək bazarında işlə təmin olunmalarına vasitəçilik etmək məqsədi ilə keçirilən tədbir, iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tədbir qabaqcıl təcrübələrin bölüşdürülməsi, müzakirələr və fikir mübadilələri paylaşılması ilə yekunlaşmışdır. -
"Karyera sərgisi"26.03.2023
Bakı Dövlət Universitetinin əsas tədris binasında "Karyera sərgisi" keçirildi.
Sərgidə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Ağca Məmmədova və Fondun könüllüləri iştirak etdi. Fondun könüllüləri təhsil tələbə krediti ilə maraqlanan tələbələrə və müəllimlərə ətraflı məlumat verdi və onların suallarını cavablandırdı. Sərgi zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Təhsil Tələbə Krediti Fondu haqqında öz fikirlərini bildirdi və Fondun gələcək fəaliyyətində uğurlar arzu etdi. -
"Gənclərin Karyera günü"31.01.2023
31 yanvar tarixində UNEC-də Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Gənclər Fondunun 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə "Gənclərin Karyera günü" sərgisi keçirildi. Təhsil Tələbə Krediti Fondu da bu sərgidə iştirak etdi. Fondun əməkdaşları vətəndaşlara təhsil tələbə kreditləri ilə bağlı ətraflı məlumat verdi onların suallarını cavablandırdı.
-
"Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və gənclərə yaradılan imkanlar" mövzusunda keçirilmiş görüş14.03.2023
14 sentyabr 2022-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində (National Assembly of Youth Organizations of the Republic of Azerbaijan) gənclər təşkilarlarının nümayəndələrinin Təhsil Tələbə Krediti Fondu ilə görüşü keçirilib. Görüşdə İdarə Heyətinin sədr müavinləri və Fondun digər nümayəndələri, Elm və təhsil nazirliyinin struktur rəhbərləri, Gənclər və idman nazirliyinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, gənclər təşkilatlarında fəaliyyət göstərən gənclərin əksəriyyəti tələbələrdir. Onları maraqlandıran suallar və narahat edən məsələlər ətrafında "Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və gənclərə yaradılan imkanlar" mövzusunda keçirilmiş görüşün əsas məqsədi üzvlüyündə geniş tələbə kütləsinə malik olan gənclər təşkilatlarına Fondun fəaliyyəti ilə bağlı məlumatı təqdim etmək və bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olub. NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə keçirilən görüş NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi ilə öz işinə başlayıb. İlk olaraq Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini, mütamadi olaraq gənclər üçün ölkəmiz tərəfindən yeni fürsətlər yaradıldığını, təhsilin maddi-texniki bazası, infrastrukturunun yeniləndiyini qeyd edib. Daha sonra çıxışında Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb. Daha sonra görüş iştirakçılarının TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə ünvanladıqları suallar cavablandırılıb.
-
Heç bir məlumat tapılmadı