“Gələcəkdə Mən” layihəsinin beşinci görüşü keçirilib
Təhsil Tələbə Krediti Fondunun “Gələcəkdə Mən” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Layihənin beşinci spikeri televiziya və radio aparıcısı, influenser Nərmin Knyaz olub.
Təhsil Tələbə Krediti Fondu “Təhsildən Karyeraya” təcrübə proqramına start verib
Təhsil Tələbə Krediti Fondu və “Logos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşlığı çərçivəsində “Təhsildən Karyeraya” təcrübə proqramının açılışı keçirilib. Açılış çərçivəsində proqrama seçilmiş tələbələrlə görüş təşkil olunub.
“Gələcəkdə Mən” layihəsinin növbəti görüşü keçiriləcək
Təhsil Tələbə Krediti Fondunun həyata keçirdiyi “Gələcəkdə Mən” layihəsi çərçivəsində növbəti görüş 12 noyabr 2026-cı il tarixində təşkil olunacaq.
Təhsil Tələbə Krediti Fondu ilə “Dünyagöz Azərbaycan” MMC arasında Anlaşma Memorandumu imzalanıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə “Dünyagöz Azərbaycan” MMC arasında tələbələrin peşəkar inkişafına, karyera imkanlarının genişləndirilməsinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandumu TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov və “Dünyagöz Azərbaycan” MMC direktoru Mahmut Hazıroğlu imzalayıblar.
"Gələcəkdə Mən" layihəsinin növbəti spikeri ilə görüş keçirilib
Oktyabrın 30-da "Gələcəkdə Mən" layihəsi çərçivəsində növbəti görüş təşkil olunub. Layihənin sayca dördüncü spikeri Beyinix Marketinq Agentliyinin rəhbəri, təlimçi Orxan Şahbaz olub.
Təhsil Tələbə Krediti Fondu Naxçıvan Dövlət Universitetində maarifləndirici görüş keçirib
Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndə heyətinin iştirakı ilə Naxçıvan Dövlət Universitetində tələbələr üçün maarifləndirici görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondu regionlarda təbliğat-təşviqat görüşlərini yekunlaşdırıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən tələbələrin təhsil tələbə kreditləri barədə məlumatlılığının artırılması məqsədilə regionlarda təbliğat-təşviqat xarakterli görüşlər başa çatdırılıb.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri MDU-da görüş keçirib
Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov oktyabrın 27-də Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirib.
Təhsil Tələbə Krediti Fondu könüllüləri təltif edib
23 oktyabr tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən Könüllü Proqramının yekununa həsr olunmuş görüş keçirilib. Proqram çərçivəsində ali təhsil müəssisələrini təmsil edən tələbələr könüllü fəaliyyətə cəlb olunublar.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri LDU-da görüş keçirib
Oktyabrın 22-də Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimovla Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov arasında görüş keçirilib.
" Orvita Psixoloji Reabilitasiya " MMC və Elm və Təhsil Nazirliyi tabeliyində Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.
Elm və Təhsil Nazirliyi tabeliyində Təhsil Tələbə Krediti Fondu və “ Orvita Psixoloji Reabilitasiya Mərkəzi" MMC arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
Sumqayıt Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü, deputat Müşfiq Məmmədlinin tələbələrlə görüşü keçirilib.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək idi.
Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Hədəf Liseyində Repetitorların I Ümumrespublika forumu keçirilib.
Forumun proqramında TTKF-in İdarə Heyətinin sədri Araz Paşayev, DİM-in əməkdaşları Xanlar Xanlarzadə, Vəli Hüseynov və Vəfa Ələkbər, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq , peşəkar idarəçi Fəxri Ağayev, vergi mütəxəssisi Qulu İbrahimli müxtəlif mövzularda məruzələri ilə yer alıblar.
Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında görüş keçirilib.
Keçirilən görüşdə UNEC-in rəqəmsallaşma üzrə prorektoru dos.Raqif Qasımov ilk olaraq çıxış edərək, Fondun fəaliyyətinin əhəmiyyətindən bəhs edib və təqdimat üçün sözü Araz Paşayevə verib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin və Milli Məclisin deputatı Məlahət İbrahimqızının tələbələrlə görüşü keçirilib.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticəsindən danışıb.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev ilə Bakı Dövlət Universitetinininin tələbələri arasında görüş keçirilib.
Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.
Təhsil Tələbə Krediti Fondunda Milli Məclisin bir qrup millət vəkilləri ilə görüş keçirilib.
Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev, millət vəkilləri Məlahət İbrahimqızı, Könül Nurullayeva, Tamam Cəfərova, Rəşad Mahmudov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, Etibar Əliyev, Rauf Əliyev və Kamilə Əliyeva iştirak edib.
Təhsil Tələbə Krediti Fondunda Milli Məclisin bir qrup millət vəkilləri ilə görüş keçirilib.
Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev, millət vəkilləri Kamran Bayramov , Müşfiq Cəfərov , Vüqar İskəndərov , Pərvin Kərimzadə , Jalə Əliyeva , Fatma Yıldırım , Ceyhun Məmmədov , Vüqar Bayramov, Cavid Osmanov və Nigar Arpadarai iştirak edib.