Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Heydər Əliyev
Təhsil Tələbə Krediti Fondu (Bundan sonra Fond) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fond 25 noyabr 2021-ci il tarixindən etibarən təhsil kreditlərinin verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlamışdır.
TARİXİMİZ
Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fondun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 №-li Qərarı ilə təsdiqlənmişdir.
MİSSİYAMIZ
Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.
VİZYONUMUZ
Təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməklə yüksək keyfiyyətli əlçatan təhsilə nail olmaqdır.
DƏYƏRLƏR
Dürüstlük - davranış və qərar qəbuletmədə məsuliyyətli olmaq, qanunun normalarına, etik-davranış normalarına ciddi riayət etmək. Qərəzsizlik - vəzifə öhdəliklərinin icrası zamanı qərəzsiz olmaq və fəaliyyətimizdə etnik mənsubiyyət, din, dil, cins, əmlak və qulluq vəziyyəti, əqidə və digər xüsusiyyətlər üzrə bərabərliyi qoruyub saxlamaq. Peşəkarlıq - fəaliyyətimiz çərçivəsində tələb olunan bilik, vərdiş və təcrübəni tətbiq etməklə peşəkarlığı daim yüksək səviyyədə saxlamaq. Şəffaflıq - fəaliyyətimizə inamın artırılması, qarşılıqlı etimadın yüksəldilməsi üçün şəffaflıq nümayiş etdirmək.
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Heydər Əliyev
1-5 ulduzla dəyərləndirin
0 / 2777