TTKF əməkdaşları ADA Universitetində keçirilən “Açıq qapı” günlərində iştirak ediblər.
4–6 avqust 2025-ci il tarixlərində ADA Universitetində 2025–2026-cı tədris ili üzrə “Açıq qapı” günləri keçirilib. Tədbirin məqsədi tələbə adını qazanmış abituriyentləri universitetin təhsil proqramları, qəbul qaydaları, təhsil haqqına tətbiq olunan güzəştlər, xaricdə təhsil və karyera imkanları barədə məlumatlandırmaq olub.
Tədbirdə qəbul imtahanlarında uğur qazanmış abituriyentlər, onların valideynləri, universitetin pedaqoji heyəti və qəbul şöbəsinin nümayəndələri iştirak ediblər. Qonaqlara ADA Universitetinin tədris imkanları ilə yerində tanış olmaq imkanı yaradılıb.
“Açıq qapı” günlərində Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşları da fəal iştirak ediblər. Fondun nümayəndələri tələbə adını qazanmış gənclərə sosial xarakterli layihə olaraq təqdim olunan təhsil tələbə kreditləri, bu kreditlərin şərtləri, müraciət proseduru və geri ödəniş mexanizmləri barədə ətraflı məlumat veriblər. Eyni zamanda abituriyentlərə ixtisas seçimi zamanı məqsədyönlü qərarlar vermələri tövsiyə olunub.
Tədbir zamanı iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onların ünvanladıqları suallar ətraflı cavablandırılıb.