ADA Universitetində Məlumat sessiyası keçirilib.
29 may tarixində ADA Universitetində Məlumat sessiyası keçirilib. Bakalavr və magistr ixtisaslarında təhsil haqqına güzəştlər və təhsil kreditləri barədə 10-11-ci sinif şagirdlərinin və onların valideynlərinin məlumatlandırılması məqsədilə keçirilən tədbirdə Təhsil Tələbə Krediti Fondu da təmsil olunub.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev və Fondun əməkdaşları Aysel Həsənova və Aysel Hacıyeva iştirak edib. İştirakçılara Fondun fəaliyyəti, məqsədləri və əldə olunmuş nəticələr barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində 36 minə yaxın tələbə bu imkandan yararlanmışdır.
Sessiya çərçivəsində “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda edilmiş bir sıra əlavə və dəyişikliklər, kreditlərin növləri, müraciət qaydaları, geri ödəniş şərtləri və güzəştlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.