ADNSU-da keçirilən XV Məzun-Karyera Sərgisində TTKF təmsil olunub.
31 may tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XV Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 110 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Dövlət Məşğulluq Agentliyi, TTKF, AzerGold QSC, ASAN xidmət, PAŞA Sığorta ASC, Balaxanı Əməliyyat Şirkəti LTD, Caspian Event Organisers LLC, Bahar Energy Operating Company Limited Representative Office, AzəriMed QSC və digər təşkilatlar tərəfindən 1000-dən yuxarı vakant iş və 700-ə yaxın təcrübə yeri təklif olunub.
Tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə keçirilən sərgidə Təhsil Tələbə Krediti Fondu da təmsil olunub.
Sərgi iştirakçılarına TTKF-dən yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində aparılan iş haqqında, həmçinin TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib.