Qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib.
4 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil Tələbə Krediti Fondu və “Absheron Hotel Group”un dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib.
“Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur. Bu əməkdaşlıq nəticəsində yüzlərlə tələbə müxtəlif dövlət və özəl qurumlarda təcrübə proqramlarına cəlb edilir”, bu fikirləri “Qonaqpərvərlik sahəsi üzrə Karyera Günü”ndə çıxış edən TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayev səsləndirib.
A.Paşayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən Təhsil Tələbə Krediti Fondunun Azərbaycanda da mövcud olması tələbələr üçün yeni imkanlar yaratmış oldu. Maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirən TTKF-nin insanların təhsil arzularının gerçəkləşməsinə və tələbələrin təhsilinə dəstəyi ilk günlərdən hiss olunmağa başlandı. Bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 35 minə yaxın şəxsə təhsil krediti ayrılmışdır.
Qeyd edək ki, Karyera günündə Azərbaycan Hotel Assosiasiyasına üzv olan Bakıda və regionlarda yerləşən 50 otel 300-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edib. Karyera gününə ümumilikdə 20 universitet və peşə məktəbinin 1000-dən çox tələbə və məzunu qatılıb.