TTKF ilə ARPA arasında Anlaşma Memorandumu imzalanıb.

Aprelin 24-də Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə "Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası" (ARPA) İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalandı.
ARPA-nın İdarə Heyətinin sədri Günay Şahbazova təşkilatın fəaliyyət istiqamətləri və TTKF ilə potensial əməkdaşlıq imkanları barədə məlumat verdi. O, mühasibatlıq, sığorta və risklərin idarə olunması ixtisasları üzrə TTK-dan yararlanan tələbə və məzunlar üçün təcrübə imkanlarının yaradılması, onların potensialının artırılması istiqamətində təlimlərə cəlb olunmasını mümkün hesab etdi.
TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov ARPA tərəfindən yaradılan imkanlara görə təşəkkürünü bildirdi, Anlaşma Memorandumu ilə nəzərdə tutulan bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın tezliklə uğurlu nəticələr verəcəyinə inandığını vurğuladı.
Anlaşma Memorandumu çərçivəsində görülən işlər mütəmadi olaraq hər iki qurumun sosial media şəbəkələrində ictimaiyyətin diqqətinə çatdırılacaq.