Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin yanında Təhsil Tələbə Krediti Fondu yaradılmışdır.
Fondun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 №-li Qərarı ilə təsdiqlənmiş Qaydaya uyğun olaraq tamamilə şəffaf qaydada, vətəndaşla heç bir təmas olmadan elektron xidmət üzərindən interaktiv qaydada həyata keçirilir.
2021-2022-cü tədris ilinin II semestri üzrə Təhsil Tələbə Kreditlərindən yararlanmaq üçün Fonda məxsus elektron sistemə 4919 nəfər müraciət etmiş, onlardan 3916 nəfər tələbənin müraciəti rəsmiləşdirilmişdir. Həmin müraciətlərdən 1366 nəfər Sosial TTK, 2550 nəfər isə Standart TTK-dan yararlanmışlar .