Azərbaycan Memarlıq və İnşaat Universitetində Karyera Sərgisi keçirilib.
01 may 2025-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti – sayca 6-cı Karyera Sərgisi təşkil olunub. Sərginin əsas məqsədi tələbə və məzunların iş dünyası ilə birbaşa əlaqə qurmasına, iş və təcrübə imkanları barədə ətraflı məlumat əldə etmələrinə şərait yaratmaq olub.
Tədbirə 90-a yaxın şirkət və təşkilat qatılıb. Tələbə və məzunlara 800-dən artıq vakansiya təqdim edilib. Bu, gənclər üçün iş həyatına atılmaq, real təcrübə qazanmaq baxımından böyük fürsət yaradıb.
Keçirilən Karyera Sərgisində Təhsil Tələbə Krediti Fondu (TTKF) da fəal iştirak edib. Belə ki, sərgi çərçivəsində Fondun əməkdaşları stendə yaxınlaşan şəxslərə təhsil tələbə kreditləri, müraciət prosedurları və Fondun fəaliyyəti barədə ətraflı məlumat veriblər. TTKF-nin stendi tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb. Gələcək ixtisas sahibləri burada yalnız maliyyə dəstəyi mexanizmləri ilə deyil, həmçinin Fondun təhsilin əlçatanlığını təmin etmək məqsədilə həyata keçirdiyi sosial layihələr barədə də məlumatlandırılıblar.
Sərginin açılışında çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu kimi tədbirlərin universitetin əmək bazarına inteqrasiya prosesində mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, tələbələr təhsil aldıqları müddətdə həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını inkişaf etdirərək uğurlu karyera qurmaq üçün möhkəm təməl yaradırlar. Rektor eyni zamanda universitetlə əməkdaşlıq edən şirkət və təşkilatlar arasında mövcud olan sıx əlaqələrin əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb.
Tədbir çərçivəsində TTKF-nin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ayaz Mustafayev professor Gülçöhrə Məmmədovaya Fondun fəaliyyəti, əldə olunan nəticələr, tələbələrə təqdim etdiyi imkanlar və bu təşəbbüsün sosial əhəmiyyəti barədə ətraflı məlumat verib.