Macarıstan Respublikası ilə təcrübə mübadiləsi aparılıb
Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 16–20 dekabr 2025-ci il tarixlərində Təhsil Tələbə Krediti Fondunun (TTKF) Təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Fatimə Abdullayeva Macarıstan Respublikasına işgüzar səfər edib.
Səfərin ilk günü Macarıstanın Diákhitel Tələbə Kredit Fondunda Fondun prezidenti və baş icraçı direktoru Csaba Bugár ilə görüş keçirilib. Görüşdə Fondun əməkdaşı, eləcə də Macarıstan İnkişaf Bankının nümayəndələri iştirak ediblər. Görüş zamanı tələbə kreditlərinin verilməsi, maliyyələşmə mənbələri və geri ödəniş mexanizmləri barədə məlumat təqdim olunub, Diákhitel tərəfindən bu günədək müraciət edən tələbələr və ayrılan kreditlərə dair statistik göstəricilər paylaşılıb.
Görüş çərçivəsində TTKF-nin şöbə müdiri tərəfindən Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti barədə təqdimatla çıxış edilib. Təqdimat zamanı akademik göstəriciləri yüksək olan məzunlara tətbiq edilən güzəştlər qarşı tərəfin marağına səbəb olub.
Səfər çərçivəsində Tempus İctimai Fondunda direktor müavini Habil Szabó Zoltán ilə də görüş keçirilib. Görüşdə Azərbaycan vətəndaşları üçün Macarıstanda mövcud olan təqaüd və təhsil imkanları, o cümlədən bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edən proqramlar barədə məlumat verilib.