Təhsil Tələbə Krediti Fondu – 4 illik uğur yolu!
2021-ci ilin 17 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 1367 nömrəli Fərmanla Təhsil Tələbə Krediti Fondu yaradılmışdır. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu Fondun əsas məqsədi ölkəmizdə təhsil alan gənclərin sosial rifahının yüksəldilməsi, təhsilə çıxış imkanlarının genişləndirilməsi və maliyyə imkanlarının məhdudluğu səbəbilə ali təhsildən kənarda qalan tələbələrin dəstəklənməsi olmuşdur.
Kommersiya məqsədi daşımayan, gəlir və mənfəət əldə etməyi hədəfləməyən Fond yalnız maliyyə dəstəyi ilə kifayətlənmir, eyni zamanda tələbələrin rifahı və gələcək uğurlarına töhfə verməyi qarşısına məqsəd qoyur. Dörd illik fəaliyyəti ərzində Fond minlərlə tələbənin həyatında müsbət dönüş nöqtəsinə çevrilmişdir. Digər ölkələrin təcrübələrindən fərqli olaraq, Azərbaycan modelində təhsil tələbə kreditinin daha aşağı faiz dərəcəsi, daha uzunmüddətli geri ödəniş dövrü və tələbəyönümlü sosial yanaşması ilə seçilərək, region üçün nümunəvi bir sistemə çevrilmişdir.
Fondun fəaliyyətinin əsas prinsiplərindən biri təhsil almaq istəyən, lakin maliyyə baxımından çətinlik çəkən tələbələrə dəstək olmaq və eyni zamanda ailələrin üzərinə düşən maddi yükü azaltmaqdır. Bu missiyanın həyata keçirilməsi məqsədilə Fond iki növ təhsil tələbə krediti təqdim edir: sosial təhsil tələbə krediti və standart təhsil tələbə krediti. Sosial kreditlər aztəminatlı və xüsusi kateqoriyaya aid ailələrin övladları üçün illik 2% faizlə təklif olunur. Ümumiyyətlə, təhsil tələbə kreditləri ilk növbədə sosial növ üzrə hüququ olan tələbələrə verilir. Əgər tələbə bu kateqoriyaya daxil deyilsə, o zaman illik 6% dərəcəsi ilə standart təhsil kreditinə müraciət edə bilər və müəyyən olunmuş şərtlərə uyğun gəldiyi halda bu imkandan yararlana bilər.
Kreditlərin geri ödənişi tələbə təhsilini başa vurduqdan və işlə təmin olunduqdan sonra başlayır. Bu isə tələbənin təhsil dövründə əlavə maliyyə yükü ilə qarşılaşmaması üçün düşünülmüş sosial yönümlü bir yanaşmadır. Müraciətlərin tam elektron platforma e-ttkf.edu.az portalı üzərindən, şəffaf, sadə və sürətli şəkildə qəbul olunması da prosesi daha əlçatan etmişdir.
Bu günədək TTKF vasitəsilə ölkənin müxtəlif bölgələrindən olan minlərlə tələbə təhsil kreditindən faydalanmışdır. Fondun ali, orta ixtisas və peşə təhsil müəssisələri ilə qurduğu əməkdaşlıqlar və ictimaiyyətin göstərdiyi müsbət münasibət Fondun sosial əhəmiyyətini bir daha təsdiqləyir. 4 illik fəaliyyət dövründə 30-dan çox Anlaşma Memorandumu imzalanmış, qurulan uğurlu əməkdaşlıqlar nəticəsində Fondun vasitəçiliyi ilə təhsil tələbə kreditindən yararlanmış 1522 tələbə təlimlərə cəlb olunmuş, 611 tələbə və məzun təcrübəyə yönəldilmiş, 300-dən çox məzunun işlə təmin olunmasında vasitəçilik edilmişdir.
Fondun fəaliyyəti yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır – o, həm də cəmiyyətin təhsilə baxış bucağını dəyişdirir və ömürboyu təhsil modelinin təşviqində mühüm rol oynayır. Bu yanaşmanın bariz nümunəsi kimi, eyni ailədən iki və ya daha çox tələbənin ali təhsil alması səbəbindən ümumilikdə 1092 ailədən 2207 tələbənin təhsil kreditindən faydalanması göstərilə bilər.
Bu illər ərzində TTKF-dən faydalanmış minlərlə gənc artıq məzun olaraq əmək bazarında öz yerini tutmuşdur. Onların arasında müəllim, mühəndis, hüquqşünas və sahibkar kimi fəaliyyət göstərənlər var ki, bu da Fondun real və uzunmüddətli sosial təsirini nümayiş etdirir.
Fondun fəaliyyətə başladığı gündən gündən bu günədək elekton portala daxil olmuş 70 mindən çox müraciətdən, 57 mindən çoxu ilə təhsil tələbə krediti müqaviləsinin rəsmiləşməsi minlərlə gəncin təhsil yolunda atdığı uğurlu addımın nəticəsi kimi qiymətləndirmək olar. Onların 34.6%-i sosial, 65.4%-i isə standart növ təhsil tələbə kreditidir. Gender bölgüsü üzrə kredit müqavilələrinin 61.6%-i qadın, 38.4%-i isə kişi tələbələrin payına düşür. Rəsmiləşdirilən kreditlərdən 69.3%-i bakalavriat, 24.7%-i magistratura, 5.5%-i orta ixtisas təhsili, 0.5%-i isə peşə təhsilinə aiddir. Bu günədək geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olan 428 sosial kredit üzrə 50%, 990 standart kredit üzrə isə 25% güzəşt tətbiq olunmuşdur. Ümumilikdə 466 min manatdan bir qədər çox vəsait bağışlanmışdır.
Nəticə etibarilə, Təhsil Tələbə Krediti Fondu son 4 ildə təkcə kredit təqdim edən qurum deyil, həm də yüzlərlə ailənin ümid yeri və minlərlə gəncin gələcəyini dəyişən sosial layihə kimi fəaliyyət göstərmişdir. Bütün bu nailiyyətlər dövlətimizin təhsilə verdiyi dəyər və dəstəyin nəticəsidir.
Bu münasibətlə Fondun bütün əməkdaşlarına, tərəfdaş qurumlara və bizimlə birgə təhsil yolunda addımlayan bütün tələbələrə dərin təşəkkürümüzü bildiririk. Qarşıdakı illərdə də eyni əzm və məsuliyyətlə gənclərimizin yanında olmağa davam edəcəyik.