Təhsil Tələbə Krediti Fondu BDU-da keçirilən Karyera Sərgisində iştirak edib
5 may 2026-cı il tarixində Bakı Dövlət Universitetində Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Peşəkar gələcəyə doğru körpü” adlı növbəti ixtisaslaşmış Karyera Sərgisi keçirilib.
Sərginin əsas məqsədi tələbə və məzunları əmək bazarı ilə əlaqələndirmək, onların peşəkar inkişafını dəstəkləmək və real iş mühiti ilə yaxından tanışlıqlarını təmin etmək olub. Tədbir çərçivəsində müxtəlif seminarlar, infosessiyalar və təqdimatlar təşkil edilib. Sərgidə təhsil sahəsində aparıcı mövqeyə malik 11 dövlət qurumu və özəl şirkət öz vakansiya və təcrübə proqramlarını təqdim edib.
Təhsil Tələbə Krediti Fondunun da təmsil olunduğu sərgidə Fondun nümayəndələri tərəfindən tələbə və məzunlara təqdim olunan imkanlar, kredit mexanizmləri, tətbiq edilən güzəştlər və ödəniş şərtləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, ziyarətçilərin sualları cavablandırılaraq onların gələcək təhsil və karyera planlamasına dəstək göstərilib.