TTKF cari ilin payız semestri üzrə regionlarda maarifləndirmə tədbirlərini uğurla yekunlaşdırıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən təhsilalanların ali, orta ixtisas və peşə təhsili almaq imkanlarını genişləndirmək məqsədilə regionlarda həyata keçirilən təbliğat-maarifləndirmə tədbirləri uğurla başa çatıb.
6 – 22 oktyabr tarixlərini əhatə edən təbliğat-təşviqat işləri çərçivəsində Fondun əməkdaşları regionlarda 12 ali təhsil, 27 orta ixtisas və 21 peşə təhsili müəssisəsində tələbələr və rəhbər-pedaqoji heyətlə görüşlər keçiriblər.
Ümumilikdə 5476 nəfər maarifləndirmə tədbirlərində iştirak edib. İştirakçıların 29%-i (1581 nəfər) ali təhsil müəssisələrinin, 51%-i (2814 nəfər) orta ixtisas təhsili müəssisələrinin, 20%-i (1081nəfər) peşə təhsili müəssisələrinin tələbələri olub.
Maarifləndirmə tədbirlərində TTKF əməkdaşları Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri və təqdim etdiyi xidmətlər barədə təqdimatlar keçiriblər. İştirakçılara təhsil kreditlərinin növləri (sosial və standart kreditlər), kredit almaq üçün tələb olunan şərtlər, müraciət qaydaları və geri ödəmə mexanizmləri barədə ətraflı məlumat verilib.
Tədbirlər interaktiv və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.