TTKF "QS Reimagine Education 2025" konfransında beynəlxalq sertifikata layiq görülüb
2025-ci il 1-3 dekabr tarixlərində London şəhərində Quacquarelli Symonds (QS) şirkətinin "QS Reimagine Education 2025" konfransı keçirilib. Tədbirin əsas məqsədi təhsildə innovasiyalar, süni intellektin tətbiqi, inklüzivlik və məzun məşğulluğu kimi aktual istiqamətlərin müzakirəsi, həmçinin ali təhsildə yenilikçi strategiyaların təşviq edilməsi olub.
TTKF "QS Reimagine Education 2025" konfransında beynəlxalq sertifikat ilə təltif olunub. Sertifikat QS şirkətinin prezidenti Nunzio Quacquarelli tərəfindən təqdim edilib.
Tədbirdə ölkəmizi təmsil edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti ilə yanaşı Təhsil Tələbə Krediti Fondu nümayəndələri də iştirak edib.
Konfrans çərçivəsində təhsil sahəsində qlobal innovasiyaların dəstəklənməsi məqsədilə müxtəlif nominasiyalar üzrə layihələrin mükafatlandırılması keçirilib. Təhsil Tələbə Krediti Fondu innovativ fəaliyyətinə görə "QS Reimagine Education" tanınma sertifikatı ilə təltif edilib.