"Usta Mənəm!" 2 yarışmasının final mərhələsi yekunlaşıb

14 noyabr 2025-ci il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi və “Holcim-Azərbaycan” ASC-nin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Usta Mənəm!” 2 yarışmasının növbəti final mərhələsi uğurla yekunlaşıb.
“Usta Mənəm!” müsabiqənin keçirilməsində əsas məqsəd ölkədə peşəkar ustaların hazırlığına dəstək göstərmək, əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə töhfə vermək və peşə təhsili sisteminin inkişafını təşviq etməkdir.
Ekspo Mərkəzində baş tutan final mərasimində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov və TTKF-nin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ayaz Mustafayev iştirak ediblər.
İkinci dəfə təşkil olunan “Usta Mənəm!” müsabiqəsi həm ustalar arasında sağlam rəqabəti gücləndirib, həm də gənc mütəxəssislərin bacarıqlarının üzə çıxarılmasına və təkmilləşdirilməsinə imkan yaradıb.