“Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün uğurla yekunlaşdı!
Təhsil Tələbə Krediti Fondu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Yumşaq bacarıqlarla əmək bazarına addımla” adlı iki günlük layihə uğurla başa çatdı. Layihənin əsas məqsədi ali təhsil pilləsində təhsil alan tələbələrə yumşaq bacarıqları aşılamaq, onları əmək bazarının real tələblərinə uyğun şəkildə hazırlamaq oldu.
Təlimlər iki gün müddətində təşkil olundu. Təlimlərin ilk günü “Liderlik və komanda işi” mövzusuna həsr edildi və iştirakçılar effektiv liderliyin əsas prinsipləri, uğurlu komanda qurulması yolları və komandadaxili ünsiyyətin əhəmiyyəti barədə məlumatlandırıldılar. Eyni zamanda, konfliktlərin idarə olunması mövzusuna da xüsusi diqqət ayrılmış və tələbələrə bu cür situasiyalarda səmərəli həll yolları təqdim edilmişdir.
İkinci gün isə “Məqsədlərin müəyyən edilməsi və vaxtın idarə olunması” mövzusu ətrafında interaktiv təlim təşkil edildi. Tələbələrə prioritetlərin düzgün təyin edilməsi və zamanın səmərəli idarə edilməsi barədə faydalı məlumatlar verildi. Onlara bu bacarıqların həm təhsil, həm də gələcək karyera həyatlarında necə mühüm rol oynayacağı izah olundu.
Layihənin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olundu. Bu cür təşəbbüslər tələbələrə yalnız nəzəri biliklər deyil, eyni zamanda əmək bazarında fərqlənmək üçün zəruri olan yumşaq bacarıqları da qazandırır. Layihə, həmçinin gənclərin iş mühitinə uyğunlaşmasını asanlaşdırır və onların uğurlu karyera qurmasına zəmin yaradır.