Astarada təhsil festivalı keçirilib.
Mayın 20-də Astarada təhsil festivalı keçirilib. Elm və Təhsil Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunub.
Rayonun dənizkənarı park-bulvar kompleksində keçirilən festivalda elm və təhsil naziri Emin Əmrullayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri, yazıçılar, təhsil müəssisələri və nəşriyyat rəhbərləri, məktəblilər, rayon ictimaiyyəti Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri və Fondun əməkdaşları iştirak edib.
Festivalın keçirilməsində məqsəd ölkə üzrə təhsilin inkişafı üçün maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasıdır.
Festivalda stendlərlə iştirakçı qismində çıxış edən müəssisələr müxtəlif xidmət və məhsullarını nümayiş etdiriblər. Stendlər arasında Təhsil Tələbə Krediti Fondunun da stendi qurulmuşdu və stendə yaxınlaşan müəllimlərə, şagirdlərə və valideynlərə Fondun əməkdaşları tərəfindən ətraflı məlumat verilib.
Festivalda ümumilikdə 10 minə yaxın izləyici iştirak edib.