Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Slavyan Universitetində olublar.

Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov, Fondun əməkdaşları Ağça Məmmədova, Ağamusa İsazadə və Bakı Slavyan Universitetinin tələbə ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.
Məlumatlandırma məqsədilə keçirilən görüşdə TTKF-in sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları,təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir.
Qeyd edilib ki, BSU-dan payız semestri ərzində TTKF-ə 96 müraciət edilib, onlardan 60-ı rəsmiləşdirilib: 19 tələbəyə sosial, 41 tələbəyə standart kredit verilib. Yaz semestri ərzində indiyədək 51 müraciət daxil olub.
Görüşdə tələbələrin TTKF-in yaratdığı imkanlardan geniş istifadə edə bilmələri üçün BSU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş tələbə ictimai təşkilatlarının təmsilçilərinin suallarının cavablandırılması ilə başa çatıb.