Təhsil Tələbə Krediti Fondu "İrəliləyİş" layihəsinə sosial tərəfdaş olmuşdur.
Təhsil Tələbə Krediti Fondu gənclərə dəstək məqsədilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə pilot olaraq həyata keçirilən "İrəliləyİş" layihəsinə sosial tərəfdaş olmuşdur.
01.06.2023-cü il tarixdə "İrəliləyİş" layihəsinə müraciət edən bir qrup gəncin Təhsil Tələbə Krediti Fondunda təcrübə proqramı başlamışdır. Proqramda iştirak edən gəncləri qəbul edən İdarə Heyətinin sədri Araz Paşayev onlara Fondun fəaliyyəti, gördüyü işlər barədə ətraflı məlumat vermiş, onlara ilkin əmək vərdişlərinə yiyələnməklə bağlı tövsiyələrini bildirmiş və təcrübə müddətində uğurlar arzulamışdır.