Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Qobustan, Şamaxı, Ağsu və İsmayıllı şəhərlərində görüşlər keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Nəzirova Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 01-02 iyun tarixlərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Qobustan şəhər 3 saylı tam orta məktəbində, Şamaxı şəhər 2 saylı tam orta məktəbində, Ağsu şəhər 3 saylı tam orta məktəbində və İsmayıllı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib. Fondun əməkdaşı tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildiriblər.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.