Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Xızı və Sumqayıt şəhərlərində görüşlər keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Hacıyeva Abşeron-Xızı Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 01-02 iyun tarixlərində Xızı və Sumqayıt şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Sumqayıt şəhər Qubadlı rayonu HAL tam orta məktəbində, Sumqayıt şəhəri 14 saylı tam orta məktəbində və Xızı şəhəri Giləzi qəsəbəsi Mikayıl Müşfiq adına tam orta məktəbində keçirilib. Fondun əməkdaşı tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildiriblər.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.