Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Saatlı, Sabirabad, Qəbələ və Oğuz şəhərlərində görüşlər keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Orxan Abbasov və Ağca Məmmədova Mil-Muğan Regional Təhsil İdarəsi və Şəki - Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 02-05 iyun tarixlərində Saatlı, Sabirabad, Qəbələ və Oğuz şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Saatlı rayon Gənclər Mərkəzində, Sabirabad şəhər 2 nömrəli tam orta məktəbində, Zarağan kənd 1 saylı tam orta məktəbində və Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilib. Fondun əməkdaşları tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildiriblər.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.