Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Şuşa 1 saylı tam orta məktəbində görüş keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Hacıyeva 07 iyun tarixində Bakı şəhəri Yasamal rayonunda yerləşən Şuşa 1 saylı tam orta məktəbində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüş keçirib.
Görüşdə Füzuli, Xocalı və Şuşa məktəblərinin direktorları, müəllim və şagird heyəti iştirak edib. Fondun əməkdaşı tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildirilib.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.