Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Kürdəmir, Göyçay, Zərdab, Yevlax, Ucar və Ağdaş şəhərlərində görüşlər keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 05-06 iyun tarixlərində Kürdəmir, Göyçay, Zərdab, Yevlax, Ucar və Ağdaş şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Kürdəmir şəhəri 5 saylı tam orta məktəbində, Zərdab şəhəri Heydər Əliyev mərkəzində, Göyçay şəhəri Heydər Əliyev mərkəzində, Yevlax şəhəri Mərkəzi Aran regional təhsil idarəsinin inzibati binasında, Ucar şəhəri 1 saylı tam orta məktəbində və Ağdaş şəhəri Şeyxzadə adına gimnaziyada keçirilib. Fondun əməkdaşı tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildirilib.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.