Təhsil Tələbə Krediti Fondu və “Azərpoçt" MMC arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
14 iyun 2023 -cü il tarixində Elm və Təhsil Nazirliyi tabeliyində Təhsil Tələbə Krediti Fondu və “Azərpoçt" MMC arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun və “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədrləri və rəhbər şəxsləri iştirak edib.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Fondun fəaliyyət istiqamətləri, tələbələrə göstərdiyi dəstək barədə məlumat verib və bu memorandumun əmək bazarına verəcəyi tövhədən söz açıb.
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, imzalanan bu memorandum tələbələrin təcrübə qazanmasına və sevdikləri sahədə mütəxəssis olmasına zəmin yaradacaq.
Memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə iki qurumun Nizamnaməsinə uyğun olaraq qarşılıqlı təcrübə mübadiləsi, sosial cəhətdən həssas ailələrdən olan tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi, təhsil tələbə kreditlərindən yararlanmış, rabitə, telekommunikasiya və s. əlaqəli ixtisaslara uyğun peşələrə yönləndirilməsi və işlə təmin olunmasına, bu xüsusda birgə proqramların təşkilinə və birgə fəaliyyət göstərməklə müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
Memorandumun nəticəsi olaraq aşağıdakı işlər həyata keçiriləcək:
Təhsil tələbə krediti alan tələbələrin müvafiq sahədə könüllü və təcrübə proqramlarında, istehsalat təcrübəsində, o cümlədən seminar və təlimlərdə iştirakının dəstəklənməsi;
Təhsil tələbə kreditindən yararlanmış rabitə, telekommunikasiya və s. əlaqəli ixtisaslarda təhsil almış məzun və tələbələrin əmək bazarında ixtisaslarına uyğun peşələrə yönləndirilməsi məqsədi ilə müvafiq təlimlərə, seminarlara cəlb olunması;
Rabitə, telekommunikasiya və s. əlaqəli ixtisaslarda təhsil almış, təhsil tələbə kreditindən yararlanmış gənclərin Müəssisənin regionallarda yerləşən nümayəndəliklərində işlə təmin olunmasına dəstək verilməsi;
Qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi istiqamətində hər iki qurumun müvafiq məlumat bazalarının qarşılıqlı inteqrasiya edilməsi;
Tərəflərin təşkil etdiyi konfrans, seminar və digər bu kimi tədbirlərdə qarşılıqlı şəkildə nümayəndələrin iştirakı və dəvət olunan beynəlxalq ekspertlərin cəlb olunması ilə təcrübə mübadiləsinin həyata keçirilməsi;
Müvafiq əməkdaşlıq çərçivəsində ölkənin sosial təminat siyasətinin, idarəetmənin, müxtəlif istiqamətlər üzrə innovasiyaların tətbiqinin və digər sahələr üzrə inkişafın əldə olunması məqsədilə aidiyyəti qurumlara birgə təkliflərin təqdim edilməsi;
Sosial cəhətdən həssas ailələrdən olan tələbələrin təhsilə əlçatanlığını təmin etmək məqsədilə Fondun fəaliyyəti ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə işinin təşkili;
Agentliyə müraciət edən müvafiq kateqoriyadan olan vətəndaşlara təhsil tələbə krediti haqqında məlumatlandırma işlərinin aparılması;
Tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsi və memoranduma uyğun olaraq qarşılıqlı şəkildə razılaşdırılmış digər fəaliyyətlər.