Təhsil Tələbə Krediti Fondu 2 yaşında!
TTKF-nin fəaliyyət göstərdiyi son iki ildə çoxsaylı tələbə öz təhsil haqqı xərclərini Fonddan aldığı kreditlər hesabına rahatlıqla ödəyib. Bu göstəricilər Fondun, tələbələrimizin təhsilini dəstəkləmək məqsədilə yaradılmasını və layihənin uğurlu bir şəkildə icra edilməsinin bariz nümunəsidir. Fond, tələbələrə təhsil xərclərini ödəmək üçün maliyyələşmə imkanı verərək onların təhsil aldığı müddətdə təhsil xərcindən azad olaraq gələcəyə hədəflənən arzularına nail olmalarına kömək edir.
TTKF yarandığı və fəaliyyət göstərdiyi 2 il ərzində 20000-ə yaxın tələbə Fondun yaratdığı imkanlardan faydalanaraq öz təhsil haqqı xərclərini qarşılaya bilib, eləcə də sosial durumu yaxşı olamayan valideyinlərin təhsilhaqqını ödəmək kimi bir yükdən xilas etmişlər. Fondun əməkdaşları təhsil dövrü boyunca tələbələrimizin yanında olacaq, onlara dəstək və motivasiya vermək üçün üzərinə düşən vəzifələri operativ və dürüst şəkildə icra edərək fəaliyyətlərini davam etdirəcəklər!
Qarşıdakı illərdə də ödənişli təhsil alan tələbələrimizin təhsil xərclərinin qarşılanması və vətəndaşlarımızın təhsilə çıxış imkanlarının genişləndirilməsi Fond əməkdaşlarının prioritet məsələsi kimi öz aktuallığını saxlayacaqdır!
Təhsil Tələbə Krediti Fondu 2 yaşında! Tələbələrə daima dəstək olmağa davam edirik!