Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
Səfərin ilk günündə Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Naxçıvan Universitetinin, Fondun şöbə müdiri Tehranağa Abdullayev Şərur rayonu, həmçinin Fondun əməkdaşı Məhəmmədəli Abdin Kəngərli rayonu və Fondun əməkdaşı Əli Rzayev Sədərək rayonunda yerləşən ümumtəhsil məktəblərinin tələbə və pedoqoji heyəti ilə görüşlər keçirib.
Görüşlər zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, 29 mart tarixinədək davam edəcək səfər çərçivəsində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Dövlət Musiqi Kollecində, həmçinin Culfa, Şahbuz və Ordubad rayonlarında maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.