Təhsil Tələbə Krediti Fondu ilə ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kollecin tələbələri arasında görüş olub.
Təhsil Tələbə Krediti Fondu ali təhsil müəssisələri ilə yanaşı orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında da təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi ilə növbəti görüş may ayının 4-də ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kollecinin tələbələri ilə baş tutub.
Görüşdə kollecin Tərbiyə işləri üzrə direktor müavini Hüseynov Hüseyn, Tədris işləri üzrə direktor müavini Əhmədova Şahnisə, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov, Fond əməkdaşı Turanə Kərimova, kollecin müəllim heyəti və tələbələləri iştirak ediblər.
Təqdimat zamanı tələbələrə təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə geniş məlumat verildi, mövcud statistikalar paylaşıldı, gələcək hədəflər və prioritetlər haqqında müzakirələr olundu. Sonda tələbələrin sualları interaktiv qaydada cavablandırıldı, tələbə və müəllim heyətinin təklifləri dinlənildi və qeydə alındı.