“Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” adlı beynəlxalq konfrans keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross-Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) adlı beynəlxalq konfrans keçirilib.
“Ölkəmiz bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır” bu fikirləri konfransda çıxış edən TTKF İdarə Heyətinin sədri Araz Paşayev bildirib. O qeyd edib ki, ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə “Təhsil Tələbə Krediti Fondu” təsis edilib. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində 35 minə yaxın tələbə təhsil kreditindən yararlanmışdır.
Qeyd edək ki, Macarıstanın “Mathias Corvinus Collegium” Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə innovasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, alimlər, sahibkarlar və startapçılar iştirak ediblər.