Təbliğat və təşviqat işləri davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdirilir.
Növbəti görüş bu gün Kəlbəcər rayon 37 saylı tam orta məktəbi, Abşeron-Binə tam orta məktəbi, Zəngilan rayon 33 saylı tam orta məktəbi və Qubadlı Xanlıq kənd 3 saylı tam orta məktəbində təşkil olunub. Fondun əməkdaşları tərəfindən görüş iştirakçılarına TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.