BMU və ADBTİA ilə görüşlər keçirilib.
Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq və təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün onların məşğulluq imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.
Bu sahədə aparılan işlərin davamı olaraq, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı bu universitetlərdə təhsil alan tələbələrin təhsilini başa vurduqdan sonra aldıqları təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün onların məşğulluq imkanlarının artırılması məqsədilə təcrübə proqramlarına cəlb olunması, yekunda işlə təmin olunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlığın genişləndirilməsi razılaşdırılmışdır.