Həftənin ilk təqdimatı Zaqatalada baş tutub.
13 may tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli orta məktəbi və Zaqatala şəhər N.Hüseynov adına 2 nömrəli məktəbdə maarifləndirmə-təbliğat məqsədilə ilə görüş keçirilib.
Fondun əməkdaşı Günay Xəlilova görüş iştirakçılarına TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmlş “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.