Tələbə və məzunların işlə təmin olunması əsas hədəflərdən biridir.
Mayın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil edilib.
Akademiyanın məzunları üçün təşkil edilən yarmarkada Təhsil Tələbə Krediti Fondu da təmsil olunub.
Yarmarka iştirakçılarına məlumat verilib ki, Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur.
Həmçinin TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib.
Qeyd edək ki, gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə təşkil olunan yarmarkada 47 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 400-dən artıq iş yeri təqdim edilib.