Şahdağ Turizm Mərkəzi ilə Memorandum imzalanıb.
23 iyul tarixində Təhsil Tələbə Krediti Fondu və Şahdağ Turizm Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
TTKF-nin İdarə heyəti sədrinin müavini Tahir Xələfov Fond tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmlş “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Qeyd olunub ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Fonda təxminən 47 min müraciət daxil olmuş, 37 mindən çox təhsil tələbə krediti müqaviləsi imzalanmışdır.
İdarə heyəti sədrinin müavini Bəhruz Əzimov TTK-dan yararlanmış şəxslərin məşğulluq imkanlarının artırılması, məzunların işlə təmin olunması istiqamətində Fond tərəfindən aparılan işlərdən danışıb. O qeyd edib ki, TTK almış şəxslərin təhsillərini başa vurduqdan sonra əmək bazarında özlərinə layiqli yer tapması və daimi işlə təmin olunmaları üçün Fond tərəfindən daimi iş aparılır, dövlət və özəl sektorun təmsilçiləri ilə əməkdaşlıqlar qurulur.
Şahdağ Turizm Mərkəzi QSC-nin sədr müavini Cahangir Abdinzadə Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, Fondun yaradılmasını ödənişli əsaslarla təhsil alan tələbələr üçün unikal imkan olduğunu bildirmişdir. Memorandumun TTKF ilə Şahdağ Turizm Mərkəzi arasında əməkdaşlığın dərinləşməsinə böyük töhfə verəcəyini bildirən C.Abdinzadə, xüsusilə turizm və hotelçilik ixtisasında təhsil almış şəxslərin Mərkəzdə işlə təmin olunma imkanlarının geniş olduğunu bildirmişdir.
Qeyd edək ki, qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.