Təhsil müəssisələrində təqdimatlar baş tutub.
7-9 sentyab tarixlərində Bakı şəhərində yerləşən 49, 51, 189-190, 203, 239, 96, 187, 188, 271 və 307 nömrəli tam orta məktəblərdə, həmçinin Azərbaycan Pedaqoji Kolleci (Sabunçu Filialı), Qərbi Kaspi Kolleci, Azərbaycan Pedaqoji Kolleci (Yasamal filialı), Sumqayıt Musiqi Kolleci, Sumqayıt Tibb Kolleci, Sumqayıt Texniki Kolleci, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt DPTM, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Seçenov adına Tibb Universiteti, Azərbaycan Memar və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət İncəsənət Universitetlərində təqdimatlar baş tutub.
Fondun əməkdaşları tərəfindən TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmlş “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.