Türkiyə Respublikası ilə təcrübə mübadiləsi.
Təhsil tələbə kreditlərinin daha əlçatan olması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Fond tərəfindən beynəlxalq təcrübənin tətbiqi imkanlarının öyrənilməsi məqsədilə TTKF-nin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər etmişdir.
Səfər çərçivəsində Türkiyə Milli Təhsil Nazirliyinin İstanbul şəhəri üzrə Təhsil İdarəsinin, Gənclər və İdman Nazirliyinin İstanbul şəhər İdarəsinin və Üsküdar Universitetinin rəhbər heyəti ilə görüşlər keçirilmişdir.
Qeyd edilən görüşlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsi olan TTKF-nin fəaliyyəti, təhsil tələbə kreditlərinin növləri, müraciət qaydaları, tələbələrə verilən güzəştlər və s. haqqında qarşı tərəfə ətraflı məlumat verilmişdir.
Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən, sədr müavini Bəhruz Əzimov Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun tələbələr üçün unikal imkan olduğunu, Fonddan yararlanan şəxslərin sayının hər il artdığını, həmçinin akademik göstəriciləri yüksək olan tələbələrin bir sıra güzəştlərdən yararlandığını bildirmişdir.
Səfər çərçivəsində baş tutan görüşlər zamanı Türkiyə Respublikasında tələbələrə dövlət tərəfindən verilən analoji dəstək mexanizmləri, təhsil kreditləri, tələbə yataqxanaları və orada yaşayan tələbələr üçün nəzərdə tutulan məqsədli təhsil təqaüdləri ilə bağlı qaydalar və digər meyarlar barədə məlumatlar əldə edilmiş, mövzu ətrafında tərəflər arasında geniş fikir mübadiləsi və müzakirələr aparılmışdır.