Təhsil Tələbə Krediti Fondunda ali təhsil müəssisələrinin məsul şəxsləri ilə növbəti görüş keçirildi.
Bu gün Təhsil Tələbə Krediti Fondu ilə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin məsul şəxsləri arasında növbəti işgüzar görüş keçirilmişdir. Görüşdə TTKF-nin rəhbər heyəti və ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.
Təşkil edilən görüşdə əsas məqsəd təhsil tələbə kreditləri ilə bağlı cari vəziyyəti müzakirə etmək, ötən dövrdə qarşıya çıxmış çətinliklər və yeni müraciət mərhələsində yarana biləcək problemləri müəyyənləşdirərək onların həlli yollarını araşdırmaq idi.
TTKF-nin İdarə Heyətinin sədri B.Əzimov 2024-2025-ci tədris ilinin ikinci semestri üçün müraciətin başlama tarixi haqqında görüş iştirakçılarını məlumatlandırdı. O, Fonddan yararlanan tələbələrin təhsil imkanlarını genişləndirmək məqsədini önə çəkərək, dövlətin bu faydalı təşəbbüsünün təhsilə əlçatanlığı artırdığını və bərabər imkanlar təmin etdiyini bildirdi.
Tələbələrin Fondun yaratmış olduğu imkanlardan daha rahat faydalanmasını təmin etmək və Fondun fəaliyyətini təkmilləşdirmək üçün ali təhsil müəssisələrinin məsul şəxslərinin rəy və təklifləri dinlənildi, yeni təyin olunan məsul şəxslərə elektron sistemin işləmə mexanizmi barədə ətraflı məlumat verildi.
Görüş çərçivəsində məsul şəxslərin sualları cavablandırıldı, TTKF və ali təhsil müəssisələri arasında sıx əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.