Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarının Bakı Biznes və Kooperasiya Kolleci, Qərbi Kaspi Universitetinin Kolleci və ADNSU-un nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri ilə görüşü baş tutub.
May ayının 12-də Təhsil Tələbə Krediti Fondunun orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında da təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi ilə Bakı Biznes və Kooperasiya Kolleci, Qərbi Kaspi Universitetinin Kolleci və ADNSU-un nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri ilə görüşü baş tutub.
Görüşdə kolleclərin rəhbər heyətləri, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin nümayəndələri, kollecin müəllim heyəti və tələbələləri iştirak ediblər.
Təqdimatlar zamanı tələbələrə təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə geniş məlumat verildi, mövcud statistikalar paylaşıldı, gələcək hədəflər və prioritetlər haqqında müzakirələr olundu. Sonda tələbələrin sualları interaktiv qaydada cavablandırıldı, tələbə və müəllim heyətinin təklifləri dinlənildi və qeydə alındı.