Təhsil Tələbə Krediti Fondu və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşkil etdiyi “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla başa çatdı!
Təhsil Tələbə Krediti Fondu və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşəbbüsü ilə həyata keçirilən “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla yekunlaşıb. İki günlük bu layihənin əsas məqsədi orta ixtisas təhsili pilləsində təhsil alan tələbələrin yumşaq bacarıqlara yiyələnməsinə dəstək vermək, onları əmək bazarının tələblərinə uyğun şəkildə hazırlamaq və peşəkar inkişaflarına töhfə vermək olub.
Layihə müddətində tələbələr əmək bazarında uğur qazanmaq üçün vacib olan bir sıra bacarıqları mənimsəyiblər. İlk gün “Liderlik və komanda işi” mövzusunda təşkil edilən təlimdə iştirakçılar liderlik prinsipləri, effektiv komanda qurma strategiyaları və komandadaxili ünsiyyətin əhəmiyyətini müzakirə ediblər. Bununla yanaşı, konfliktlərin idarə olunması mövzusuna da xüsusi diqqət yetirilib, tələbələr komandadaxili problemləri effektiv şəkildə həll etmə yollarını öyrəniblər.
İkinci gün “Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi” təlimi isə tələbələrin məhsuldarlığını artırmağa yönəlmiş vacib bacarıqlara həsr olunub. Burada prioritetlərin düzgün müəyyənləşdirilməsi və vaxtın səmərəli idarə edilməsi mövzuları üzərində dayanılıb, tələbələrə bu bacarıqların onların təhsil həyatında və gələcək karyeralarında necə uğur qazandıracağı izah edilib.
Təlim interaktiv üsullarla aparılıb, tələbələr fərdi və qrup tapşırıqları üzərində işləyərək öyrəndiklərini praktik şəkildə tətbiq ediblər.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Bu cür layihələr orta ixtisas təhsili alan tələbələrin nəzəri biliklərlə yanaşı, əmək bazarında uğur qazanmaq üçün lazım olan yumşaq bacarıqlara yiyələnməsinə dəstək verir. Eyni zamanda, tələbələrin müxtəlif sahələrdə praktik təcrübə qazanmasını təmin edir, onların iş həyatına hazırlığını gücləndirir və gələcəkdə daha uğurlu karyera qurmasına kömək edir.
Bununla yanaşı, layihə çərçivəsində tələbələrə orta ixtisas təhsilinin subbakalavr səviyyəsi kimi ali təhsil müəssisələrinə keçid imkanları və bu fürsətlərin onlara verəcəyi üstünlüklər haqqında da ətraflı məlumat verilib. Subbakalavr dərəcəsinə sahib olan məzunlar ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq və təhsillərini bakalavr pilləsində davam etdirmək imkanına malikdirlər. Bu proses onların gələcəkdə daha yüksək ixtisaslı mütəxəssis kimi formalaşmasına və əmək bazarında rəqabətqabiliyyətli olmasına geniş şərait yaradır.
Bu tip layihələr yalnız yumşaq bacarıqların inkişafına deyil, həm də tələbələrin gələcək təhsil və karyera yollarını daha yaxşı planlaşdırmasına kömək edir. Orta ixtisas təhsili alan gənclər üçün subbakalavr pilləsinin yaratdığı imkanlar onların ali təhsil almaq arzusunu reallaşdırmaq və daha geniş perspektivlər əldə etmək üçün mühüm bir addımdır.