Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələri arasında görüş keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu”nun yaradılması ölkəmizdə hərtərəfli və davamlı inkişafın etibarlı yolu olan təhsilə daha çox diqqət və qayğı göstərilməsinin bariz nümunəsidir. Bu gün təhsilin müasir dünya standartlarına uyğun təşkili, mövcud intellektual potensialın zənginləşdirilməsi tələbələrin qarşısına böyük məsuliyyət qoyur və bu istiqamətdə ali təhsil sistemi ölkənin başlıca inkişaf amili kimi çıxış edir.
Rektor 2021-2022-ci tədris ilində Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fonduna müraciət statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor Fondun yaradılmasının gənclərin təhsilə əlçatanlığı üçün əhəmiyyətli olmasını vurğulayıb.
Sonra təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinin növləri və kreditdən istifadə hüquqları, tətbiq edilən güzəştlər haqqında tələbələrə ətraflı məlumat verib. Təhsil Tələbə Kreditinin ayrılmasında məqsədin təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi olduğunu vurğulayan Araz Paşayev tələbələri maraqlandıran suallara cavab verib, maraqlı müzakirələr aparılıb.
İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev çıxış edərək bütün kollektiv adından görüşün keçirilməsi məqsədilə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə təşəkkürünü bildirib, iştirakçı tələbələrə yaradılan imkanlardan maksimum istifadə etməyi və güzəşt imkanlarından yararlanmağı tövsiyə edib.
Tədbirin yüksək səviyyədə keçirilməsini təşkil etdiklərinə görə Naxçıvan Müəllimlər İnstutunun kollektivinə təşəkkürümüzü bildiririk!