Təhsil Tələbə Krediti Fondu Bakı Biznes Universitetində keçirilən Karyera Sərgisində iştirak edib.
23 may 2025-ci il tarixində Bakı Biznes Universitetində keçirilən “Karyera Həftəsi” çərçivəsində təşkil olunan sərgidə Təhsil Tələbə Krediti Fondu (TTKF) fəal iştirak edib. Tədbirdə ümumilikdə 31 qurum təmsil olunub, iştirakçılara 500-dən artıq vakansiya və təcrübə proqramı təqdim edilib.
19-23 may tarixlərində keçirilən “Karyera Həftəsi”nin əsas məqsədi tələbə və məzunların peşəkar bacarıqlarının inkişafına dəstək olmaq, onların əmək bazarına hazırlıqlı şəkildə inteqrasiyasını təmin etmək və iş dünyası ilə birbaşa əlaqələrin qurulmasına şərait yaratmaq olub.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov sərginin açılışında çıxış edərək, bu cür tədbirlərin tələbələrin əmək bazarına hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin universitetin müxtəlif şirkət və təşkilatlarla qurduğu sıx əməkdaşlığın tələbələrin peşəkar inkişafı və praktiki biliklərinin artırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Tədbir zamanı rektor TTKF-nin stendini ziyarət edərək Fondun fəaliyyəti və tələbələrə təqdim etdiyi kredit imkanları haqqında da məlumat alıb.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları tədbir çərçivəsində iştirakçılara təhsil tələbə kreditləri, onların şərtləri və müraciət prosedurları barədə ətraflı məlumat veriblər. Fondun stendi tələbələr tərəfindən böyük maraqla qarşılanıb və müxtəlif suallar ətrafında interaktiv müzakirələr aparılıb.