2025/2026-cı tədris ili üzrə regionlarda təbliğat-təşviqat işləri aparılır.
2025/2026-cı tədris ili üzrə Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən ali, orta ixtisas və peşə təhsili pillərində təhsil alan tələbələrin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə regionlarda təbliğat-təşviqat işləri həyata keçirilir.
7 oktyabr 2025-ci il tarixindən etibarən başlayan təbliğat xarakterli görüşlər çərçivəsində bu günədək Fondun əməkdaşları tərəfindən 46 ali, orta ixtisas və peşə təhsili müəssisəsində maarifləndirici görüşlər təşkil olunub. Bu tədbirlərdə 4500-ə qədər tələbə və müxtəlif təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti iştirak edib.
Təbliğat-təşviqat xarakterli görüşlər Masallı, Astara, Cəlilabad, Lənkəran, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Ağdaş, Bərdə, Qazax, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Ağcabədi, Ağdam, Gəncə şəhər və rayonlarında yerləşən ali, orta ixtisas və peşə təhsili müəssisələrində təşkil olunub.
Maarifləndirici sessiyalar zamanı əsas diqqət tələbələrə təhsil tələbə kreditləri ilə bağlı geniş və əhatəli məlumatın çatdırılmasına yönəldilib. Tədbirlərdə Fondun əməkdaşları kredit mexanizmləri, müraciət prosedurları və ödəniş şərtləri barədə ətraflı təqdimatlarla çıxış ediblər.
Tədbirlər interaktiv və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.