Təhsil Tələbə Krediti Fondunda "Könüllü Proqramı" başladı
20 oktyabr 2025-ci il tarixindən etibarən Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən "Könüllü Proqramı"na start verilib. Proqramın məqsədi Fondun fəaliyyəti haqqında maarifləndirmə işlərinin genişləndirilməsi və bu prosesə gənclərin cəlb olunmasıdır.
Proqrama ali təhsil və orta ixtisas təhsili pilləsinin müxtəlif kurslarında təhsil alan tələbələr arasından 25 könüllü qoşulmuşdur. İki ay davam edəcək bu proqram çərçivəsində könüllülər Fondun müntəzəm fəaliyyətində - təhsil müəssisələri ilə iş, vətəndaş qəbulu və vətəndaş müraciətlərinin baxılması istiqamətində aktiv iştirak edərək, əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə TTKF-nin təqdim etdiyi imkanlar, kredit növləri, müraciət qaydaları ilə bağlı məlumatlar verəcəklər.
Fond bu təşəbbüs vasitəsilə təhsildə bərabər imkanların təşviqinə, eləcə də tələbələrin maliyyə savadlılığının artırılmasına töhfə verməyi hədəfləyir.