Təhsil Tələbə Krediti Fondu və Kapital Bank arasında Anlaşma Memorandumu imzalanıb
20 noyabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) və Kapital Bank ASC arasında birgə əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.
Memorandum tərəflər arasında qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasını, təhsil tələbə kreditlərindən yararlanan tələbə və məzunların təcrübə mübadiləsinin təşkili, ixtisaslarına uyğun iş imkanlarının yaradılması, həmçinin könüllü və təcrübə proqramları, seminar və təlimlərin keçirilməsinə dəstək göstərilməsini və birgə layihələrin icrasını nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun fəaliyyəti və əldə olunan nəticələr barədə məlumat verib. O bildirib ki, Kapital Bank artıq 4 ildir ki, müvəkkil bank kimi Təhsil Tələbə Krediti Fonduna müraciət edən minlərlə tələbənin təhsilə çıxışını təmin etməyə vasitəçilik edir. İşəgötürənlərlə qarşılıqlı fayda doğuran yeni əməkdaşlıq istiqamətləri çərçivəsində Kapital Bank ilə əməşdaşlıq təhsil kreditlərindən yararlanan tələbə və məzunlar üçün daha geniş imkanların yaradılmasına şəraiti təmin edəcək.
Kapital Bankın İdarə Heyətinin üzvü Fərqanə Məmmədova Kapital Bankın TTKF-nin maliyyə əməliyyatları tərəfdaşı olması ilə yanaşı, Memorandumdan irəli gələn istiqamətlər üzrə də tərəfdaşlıqdan məmnun olduğunu bildirib.