Təhsil Tələbə Krediti Fondu “Təhsilin Əlçatanlığından Əmək Bazarına Körpü” adlı tədbir keçirdi.
Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə dövlət və özəl şirkətlərin insan resursları üzrə mütəxəssislərinin və dövlət qurumlarının kadr sahəsində çalışan rəsmilərinin iştirakı ilə “təhsilin əlçatanlığından əmək bazarına körpü” adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçılarına əvvəlcə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə krediti Fondunun missiyası, məqsədləri və hədəfləri barədə ətraflı məlumat verilmişdir.Təhsil tələbə kreditindən yararlanan tələbələrin uğurlu karyera planlamaları, onların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirmələri üçün təlimlərə cəlb olunmaları, o cümlədən tələbələr məzun olduqdan sonra əmək bazarında işlə təmin olunmalarına vasitəçilik etmək məqsədi ilə keçirilən tədbir, iştirakçıların böyük marağına səbəb olmuşdur.
Tədbir qabaqcıl təcrübələrin bölüşdürülməsi, müzakirələr və fikir mübadilələri paylaşılması ilə yekunlaşmışdır.
Tədbirdə iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk!