2025-2026-cı tədris ili üzrə regionlarda təbliğat-təşviqat işləri davam edir
Təhsil Tələbə Krediti Fondunun təbliğat-təşviqat işləri bu il də təhsil müəssisələrinin təşkilati dəstəyi ilə həyata keçirilir. 28 aprel tarixindən start götürən tədbirlər çərçivəsində Şamaxı, Quba, Qazax, Cəlilabad, Lənkəran, Şəki və Zaqatala şəhər və rayonlarında yerləşən ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində görüşlər keçirilib.
Görüşlər zamanı iştirakçılara təhsil tələbə kreditləri, müraciət qaydaları, şərtlər və üstünlüklərlə bağlı ətraflı məlumat təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
22 may tarixinədək davam edəcək kampaniya qarşıdakı günlərdə Ağcabədi, Mingəçevir və Gəncə şəhərlərində yerləşən təhsil müəssisələrini də əhatə edəcək.
Qeyd edək ki, Fond fəaliyyətə başladığı dövrdən etibarən həyata keçirilən təbliğat-təşviqat tədbirlərində ümumilikdə 100 mindən çox şagird, abituriyent, tələbə, valideyn və müəllim-pedaqoji heyət iştirak edib.