TTKF və EduLAB Academy əməkdaşlığı çərçivəsində “General English” təliminin ilk seçim turu keçirilib
Təhsil Tələbə Krediti Fondu və EduLAB Academy əməkdaşlığı çərçivəsində təşkil olunacaq “General English” təlimi üzrə 19 iyun tarixində ilk seçim turu keçirilib.
Seçim mərhələsində iştirakçılar ingilis dili bilik səviyyələrinə uyğun olaraq qiymətləndirilib və təlim proqramına cəlb olunacaq namizədlərin müəyyənləşdirilməsi prosesi aparılıb.
“General English” təlimi tələbələrin ingilis dili biliklərinin inkişaf etdirilməsi, onların akademik və peşəkar inkişaf imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilir.
Növbəti seçim turunun iyul ayında keçirilməsi nəzərdə tutulur və hazırda proqram üzrə qeydiyyatdan keçənlərin sayı 300 nəfəri ötüb.